12px13px15px17px
Tarix:23/02/16

Yüksək Texnologiyalar Parkı yeni layihəyə start verir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında "Digital Azərbaycan" adlı yeni layihəyə start verilir.
 
Layihə çərçivəsində internetə çıxışı olan hər bir kəsin bulud texnologiyalarından istifadə edərək şəxsi işin qurulması, qlobal ticarət və ödəniş platformalarına qoşulma, investisiya cəlb etmə, biznes modeli qurma, yerli məhsul və xidmətləri dünya bazarına çıxarma üsulları  kimi mövzularda yeni ödənişsiz master-klasslar keçiriləcək. 
 
 İlk treninq "Biznesin əsasları və onun təşkilində internet texnologiyalarından istifadə" mövzusuna həsr olunacaq.
 
27-28 fevral və 5-6 mart 2016-cı il tarixlərində təşkil ediləcək master-klasslar Yüksək Texnologiyalar Parkı Biznes İnkubasiya Mərkəzində (Nizami küçəsi, 203-B, AF Biznes Mərkəzi – III mərtəbə) baş tutacaq.
 
 
İştirak etmək istəyənlər bu link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
 
 
Əlavə məlumat üçün 493-14-00 (2123) və ya info@hightech.az müraciət edə bilərsiniz




Baxış sayı: 1682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024