12px13px15px17px
Tarix:10/06/11

SMS bankçılıq xidməti

Kapital Bank daha bir kampaniyaya start verir. "Fərqi yoxdur hardasan, hər yerdə bankınlasan!" devizi altında keçirilən kampaniyanın təşkilində məqsəd müştərilərin "SMS bankçılıq" xidmətindən istifadəyə həvəsləndirilməsi, bu xidmətə yeni müştərilərin cəlb olunmasıdır.
Kampaniya çərçivəsində 10 iyun 2011-ci il tarixindən 10 sentyabr 2011-ci il tarixinə qədər Kapital Bankın "SMS bankçılıq" xidməti vasitəsilə ən azı 10 manat ödəniş edən müştərilərə Bankdan "Visa Virtual" kartı hədiyyə ediləcək. Bu kart vasitəsilə internetdə tam təhlükəsiz şəkildə alış-veriş etmək, ödənişlər aparmaq olar.
Müştərinin hər ay bir kart qazanmaq şansı var. Kapital Bankın hədiyyəsini qazanan şəxs "Visa Virtual" ödəniş kartını özü, yaxud yaxınlarının adına rəsmiləşdirə bilər.



Baxış sayı: 1189

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024