12px13px15px17px
Tarix:27/02/16

2019-cu ilədək 5 milyarda yaxın insan smartfonların köməyi ilə ödəniş edəcək

2014-cü ildə 689.99 milyon istehlakçı mobil ödənişlərdən yararlanıb. Smartfonların geniş yayılması və mobil ödəniş sistemlərinin yaranması yaxın illərdə sözügedən xidmətin auditoriyasının xeyli artmasına səbəb olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “payspacemagazine.com” saytına istinadən yazır ki, “Ovum” şirkətinin proqnozuna əsasən, 2019-cu ilə təxminən 4.77 milyard insan mobil qurğuların köməyi ilə ödəniş edəcək.
Mobil ticarət, smartfon üzərindən həyata keçirilən “P2P” ödənişlər və smartfonda virtual kart üzrə simsiz ödənişlər kimi sahələri araşdıran tədqiqat müəlliflərinin nəticəsinə əsasən, mobil ticarət sahəsində daha böyük artım gözlənilir.

“Ovum” şirkətinin proqnozuna görə, 2019-cu ildə 2.07 milyard nəfər mobil qurğunun köməyi ilə alış-veriş edəcək. 2014-cü ildə yalnız 452.78 milyon nəfər mobil ticarətdən istifadə edib.

Emil Hüseynov




Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024