12px13px15px17px
Tarix:03/03/16

“WhatsApp” messencerində artıq fayl göndərmək mümkündür

"WhatsApp" messencerinin son versiyasında sənədlərin göndərilməsi funksiyası istifadəyə verilib. İstifadəçilər hələ ki yalnız PDF formatında fayl göndərmək imkanına malikdirlər.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, "WhatsApp" messencerinin "Android" versiyasında PDF sənədini göndərmək üçün söhbətə daxil olaraq yuxarı hissədə sancaq təsvirinə sıxmaq lazımdır. Nəticədə 6 düymədən ibarət menyu çıxacaq. "iPhone" smartfonunda menyunu çağırmaq üçün mətnin daxil edilməsi sahəsindən soldakı ox təsvirinə sıxmaq və üzə çıxan menyuda "Sənədlə bölüşmək" seçmək lazımdır.






 
































Sözügedən funksiya hər iki istifadəçinin "WhatsApp" messencerinin son versiyasından istifadə etməsi halında əlçatandır.

Xatırladaq ki, 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb. Hazırda təxminən 1 milyard nəfər bu messencerdən istifadə edir.
2016-cı ilin yanvarından messencer tamamilə ödənişsizdir. Əvvəllər isə sözügedən messencerin 1 illik istifadəsindən sonra 0.99 dollarlıq abunə haqqı mövcud idi.

Emil Hüseynov




Baxış sayı: 666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024