12px13px15px17px
Tarix:04/03/16

İstifadəçini fizioloji və psixoloji xüsusiyyətlərinə görə müəyyənləşdirən üsul hazırlanıb

ABŞ Patent və Əmtəə Nişanları Bürosu "BioCatch" şirkətinə "İstifadəçinin şəxsiyyətinin hərəkətedici proseslərin təkrar modeli əsasında müəyyənləşdirilməsinin quruluşu, sistemi və metodu" («Device, system, and method for detecting user identity based on motor control loop mode») adlı patent hüququ verib. Sənəddə istifadəçinin koqnitiv, hərəkətedici, davranış, fizioloji və psixoloji xüsusiyyətlərinin təhlili yolu ilə onun autentifikasiya üsulu təsvir edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, başqa sözlə, ekspertlərin təqdim etdiyi metod istifadəçini daxil etdiyi parola görə yox, yalnız onun üçün xarakterik olan digər parametrlərə görə identifikasiyasını nəzərdə tutur. Sistem insanın şəxsiyyətini düymə üzərinə basılmanın gücü, göz və əllərin hərəkətlərinin koordinasiyası, fizioloji xüsusiyyətləri (məsələn, əllərin titrəməsinə görə) və qurğu ilə qarşılıqlı əlaqədə sabitləşmiş vərdişlərə görə müəyyən edə bilir.

Təqdim olunan üsul hazırda biometrik məlumatların köməyi ilə autentifikasiya metodları üçün xarakterik olan mövcud problemləri aradan qaldırmağa imkan verəcək.

Praktikadan məlumdur ki, barmaq izi və gözün torlu qişasının şəklini saxtalaşdırmaq mümkündür, lakin insanın fizioloji və psixoloji xüsusiyyətlərini eynilə təkrar etmək qeyri-mümkün olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024