12px13px15px17px
Tarix:07/03/16

Yeni nəsil SD kartları "3D”, “8K” texnologiyalarını və 360 dərəcəlik videonu dəstəkləyəcək

"SD Association" təşkilatı yeni nəsil SD yaddaş kartlarının 90 MB/saniyə yazma sürəti ilə 360 dərəcəlik videonu, "3D" və "8K" formatlı video texnologiyalarını dəstəkləyəcəyini açıqlayıb. Növbəti SD kartları 5.0 indeksi ilə göstəriləcək. Yeni yaddaş kartları, həmçinin xüsusi "Video Speed Class" nişanı ilə markalanacaq. Bu nişanın çoxlu mənası, o cümlədən "V6" (sürət 6 MB/saniyə), "V90" (90 MB/saniyə) ola bilər.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "V60" və "V90" sinfinə uyğun kartlar video çəkilişini "8K" formatında dəstəkləyir, halbuki nisbətən aşağı sinifli daşıyıcılar videonu yalnız "4K" formatında yazır.

Beşinci nəsil SD kartlarında yer alacaq təkmilləşdirilmiş texnologiyalar arasında artırılmış 512 MB tutumlu yaddaş bloklarını xüsusilə qeyd etmək lazımdır. Bu, SD kartla işi sürətli edəcək, eləcə də məlumatları növbə ilə səkkiz axında yazmağa imkan verəcək ki, bu da 360 dərəcəlik video çəkilişində daha aktual olacaq.

Nizam Nuriyev 




Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024