12px13px15px17px
Tarix:10/03/16

"Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasına müraciətin “Elektron hökumət” portalı üzərindən sadə yolu

Müasir dünyada biometrik texnologiyalar müxtəlif xidmət növlərinin təqdimatında şəffaflığı, təhlükəsizliyi, dəqiqliyi, eləcə də rahatlığı təmin edir. Biometrik texnologiyalar qlobal dünyada müxtəlif obyektlərə təhlükəsiz girişi təmin etməklə yanaşı, maşınlarda bluetooth və əyləncə sistemlərindən istifadə zamanı, elektron ödənişlərin icrası zamanı, qan banklarında donorun rəsmiləşdirilməsi zamanı və s. sahələrdə tətbiq olunur.


Ölkəmizdə biometrik texnologiyaların yaradılması "Biometrik informasiya haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə aparılır. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi üçün lisenziyanın verilmə prosesi isə "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına uyğun icra olunur.

"Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasına müraciəti dəqiqələr sərf edərək elektron şəkildə əldə etmək mümkündür:

Bunun üçün,

1."www.e-gov.az" portalına daxil olaraq "Bütün xidmətlər" bölməsindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sırasından "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi" elektron xidmətini seçin. 

Xidmətə giriş üçün RYTN tərəfindən verilmiş elektron imza kartı tələb olunur.

2. "Lisenziyanın növünü seçin" xanasından "Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi" lisenziyasını seçin.

3. VÖEN-i təsdiqləyərək əks olunan xanalara müvafiq məlumatları qeyd edin.

3.1 Tələb olunan sənədləri elektron imzaladıqdan sonra hər birini adına uyğun şəkildə yükləyin.

4. "Göndər" düyməsini seçməklə elektron müraciətinizi tamamlayın.

Nəzərinizə çatdıraq ki, elektron müraciətə baxış 15 gün ərzində icra olunur.





Baxış sayı: 3356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024