12px13px15px17px
Tarix:15/03/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”ndə abituriyentlər üçün ödənişsiz təlim kursları keçiriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” və 6 regional mərkəzdə (Mingəçevir, Gəncə, Lənkəran, Bərdə, Sumqayıt, Qəbələ) abituriyentlər üçün ödənişsiz təlim kursları keçiriləcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən təlimlərə 17 mart 2016-cı il tarixində saat 12:00-da start veriləcək.
 
“İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsi çərçivəsində təşkil edilən kurslar jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə yardım etmək məqsədi daşıyır.
 
Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.
 
Təlim Bilik Fondunun və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspertləri tərəfindən aparılacaq.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024