12px13px15px17px
Tarix:15/03/16

Smartfonu printerin köməyi ilə sındırmaq mümkündür

ABŞ-ın Miçiqan Universitetinin kompüter elmləri mütəxəssislərinin apardığı tədqiqat barmaq izinin smartfon və mobil əlavələr üçün mühafizə üsulu kimi etibarlığını sual altına alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, məlumata görə, son smartfon modellərində quraşdırılan barmaq izi skanerini printerin köməyi ilə sındırmaq olar.
Bunun üçün barmaq izini 300 dpi təsvir ölçüsündə skan edərək cizgiləri “AgIC” kağızında gümüşü mürəkkəblə çap etmək lazımdır.  

Eksperiment zamanı alimlər "Samsung Galaxy S6” və “Huawei Honor 7” modellərindən istifadə ediblər. Lakin bir müddət əvvəl hakerlər “Apple” şirkətinin biometrik mühafizəsinə də müdaxilə etməyə nail olublar. Belə ki, “iPhone 5” modelində quraşdırılmış "Touch ID” texnologiyasını “3D” printerdə çap edilən barmaq izinin köməyi ilə aldatmaq mümkün olub.

Qeyd olunur ki, texnologiyadakı boşluğun smartfon istehsalçılarını qurğularda kütləvi skanerlərin tətbiqindən imtinaya məcbur edəcəyi gözlənilir. Proqnozlara görə, 2019-cu ilədək smartfonların 50 faizindən çoxu barmaq izinə görə autentifikasiya texnologiyası ilə təchiz ediləcək. Hazırda barmaq izi vasitəsilə, həmçinin daha qiymətli hesab edilən ödəniş informasiyası mühafizə olunur.
Texnologiya ilə buradan tanış olmaq mümkündür.

Nizam Nuriyev 




Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024