12px13px15px17px
Tarix:17/03/16

Nanomühərriklər qurğuların cızılmış zəncirlərini bərpa edəcək

ABŞ mühəndisləri günəş batareyalarını və ya qurğuları təmir edə biləcək nanomühərriklər icad ediblər. Kiçik özüyeriyən nanohissəciklər elektron qurğuların elektrik zəncirlərində cızılma kimi zədələnmələri müstəqil aşkar edərək onları aradan qaldıra bilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, elektrik zəncirlərdə mikroskopik cızılmalar elektrik axınını dayandıra və qurğunun məhsuldarlığına ciddi ziyan vura bilər. Lakin belə cızıqları aşkar etmək nə qədər çətindirsə, bir o qədər onları aradan qaldırmaq daha çətindir. Alimlərin yaratdığı kiçik nanohissəciklər elektrik enerjisini ötürən qızıl və platindən hazırlanıb. Məhz bu fərqi aradan qaldırmağa, zənciri bağlamağa və cərəyana yenidən axmağa imkan verəcək. Bu hissəciklər hidrogen peroksidindən qidalanır. Tədqiqatçılar nanomühərriklərin qəsdən zədələnmiş zənciri 30 dəqiqə ərzində bərpa edə bilməsini nümayiş etdiriblər.

Mühəndislərin sözlərinə görə, onlar orqanizmin immun sistemindən - qanda dövr edən və yaraları sağaldan trombositlərdən ilhamlanaraq bu kəşfi ediblər.

Alimlər hesab edirlər ki, onların kəşfi xüsusilə ətraf mühitin sərt təsirinə məruz qalan və kiçik çatların yaranmasına meyilli günəş batareyaları, eləcə də yaxın gələcəkdə işıq üzü görəcək geyimə quraşdırılan qurğular üçün faydalı olacaq.  

Nizam Nuriyev 




Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024