12px13px15px17px
Tarix:28/03/16

“3D” printerin köməyilə ilk dərman preparatı yaradılıb

ABŞ-ın "Aprecia Pharmaceuticals" adlı əczaçılıq şirkətinin əməkdaşları dərman vasitələrinin yaradılması üçün "3D" çap texnologiyasından istifadəyə dair "FDA"-dan ("Food and Drug Administration" – Qida Məhsulları və Dərman Keyfiyyətinə Sanitar Nəzarət İdarəsi) icazə alıb. Beləliklə, spritam "3D" printerin köməyilə yaradılmış ilk dərman preparatıdır.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, dərman vasitəsi böyük və uşaqlar tərəfindən epileptik tutmaların inkişafının qarşısını almaq üçün istifadə olunur.

Spritamın yaradılmasında istifadə olunmuş "ZipDose" adlı yeni texnologiya Massaçusets Texnologiya İnstitutunda işləyən mütəxəssislər tərəfindən hazırlanıb. Yeni texnologiya sayəsində həb məsaməli struktura malikdir. Belə istehsal dərman preparatının daha sürətli həll olmasına və daha yaxşı sorulmasına imkan verir. Həmçinin əczaçılıq şirkətinin əməkdaşları bildiriblər ki, bu metodika həblərin udulması ilə bağlı əziyyət çəkən pasiyentlər üçün dərman qəbulunu asanlaşdırır.

"Aprecia Pharmaceuticals" əczaçılıq şirkətinin baş direktoru Don Vezerhold bildirib ki, yeni texnologiya, həmçinin şizofreniya, parkinson xəstəliyi və digər xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün dərmanların yaradılmasında istifadə edilə bilər.

Hazırda sözügedən şirkət "3D" çap texnologiyasının əczaçılıq tətbiqi üçün eksklüziv beynəlxalq lisenziyaya sahibdir.

Emil Hüseynov




Baxış sayı: 782

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024