12px13px15px17px
Tarix:29/03/16

“Panasonic” şirkəti robot texnikası sahəsində yeni həllərini təqdim edib

“Panasonic” şirkəti robot texnikası sahəsində öz yeni həllərini təqdim edib: ekzoskeletlər, avtomatlaşdırılmış kostyumlar, elektrik yataqları və robot dayələr. Yeni həllər ağır fiziki işlə məşğul olan işçilər üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “AWN-03” adlandırılmış ekzoskelet 15 kq-dək yüklərin daşınmasında insana kömək məqsədilə hazırlanıb. Sensorlardan gələn siqnal daxili motora ötürülür ki, bu da mal yükləyən şəxsə belini düz saxlamaqda kömək edir.

"Ninza" ləqəbli digər ekzoskelet modeli insana hərəkət etməyə və qaçmağa kömək edir. Belə ekzoskelet, məsələn, az meyilli təpəyə dırmaşma zamanı gərəklidir. Hazırda “Panasonic” şirkətində sözügedən ekzoskelet üzərində təkmilləşdirmə işləri aparılır ki, "ninza" ekzoskeletini əyninə geyinmiş insan yalnız təpəyə dırmaşmağı deyil, həm də özü ilə əlavə yük daşıya bilsin.

Ölçüsünə görə ekzoskeletlər içərisində ən böyüyü olan “Power Loader” insanın imkanlarını artıran 20 elektrik mühərriki ilə təchiz edilib. Belə ekzoskelet, məsələn, inşaatçı və ya xilasedicilər üçün faydalıdır.
“Resyone” adlandırılmış robot yatağı elektrik kreslosu və avtomatik tibbi çarpayıdan ibarətdir. Lazım gəldikdə qurğu iki hissəyə ayrılır ki, onlardan biri kresloya çevrilir. Belə xüsusiyyət xəstəxanalarda pasiyentlərin yerini dəyişən zaman tibb bacılarının işini xeyli asanlaşdırır.

Yaşlı insanlar üçün nəzərdə tutulmuş “Self-Reliance Support Robot” robot köməkçi onlara çarpayıdan qalxmaq, tualetə və ya vanna otağına getmək kimi gündəlik məsələlərin öhdəsindən gəlməkdə yardımçı olur. Robot ona qurulmuş sensorların köməyi ilə insanın hərəkətlərini proqnozlaşdırır.




Emil Hüseynov



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024