12px13px15px17px
Tarix:02/04/16

Avropada mobil ticarətin populyarlığı sürətlə artır

Almaniyanın bütün Avropa ərazisində fəaliyyət göstərən “Zanox” internet mağaza şəbəkəsi mobil alıcıların 11 beynəlxalq bazarda, o cümlədən Avropada davranışını nümayiş etdirən hesabat təqdim edib. Hesabata görə, Böyük Britaniya və Skandinaviya ölkələri mobil tranzaksiyaların həcminə görə liderdir, İsveçrə, əksinə, digər ölkələrdən geri qalır.

“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, mobil qurğular vasitəsilə satışlar yüksək templə artmaqda davam edir. Şirkət ekspertlərinin məlumatına görə, belə artım tempi mobil bazarın hələ yetkinləşməməsini, lakin daima inkişafda olmasını göstərir. Həmçinin məlumatlar ondan xəbər verir ki, əvvəlki illərdə alış-veriş üçün daha çox istifadə olunan mobil qurğular arasında lider planşetlər olsa da, hazırda smartfonlar onlara çatmaq üzrədir.

2015-ci ilin nəticələrini 2014-cü ilin göstəriciləri ilə müqayisə etsək, Avropa bazarında satış həcmində artımı daha çox İspaniyanın (68,8 faiz) nümayiş etdirməsinin şahidi olarıq. Həmçinin Şərqi Avropa (68,7 faiz) və Skandinaviya (68,3 faiz) ölkələri də yaxşı göstəricilərə malikdir. Benelüks ölkələri yüksək nəticə göstərə bilməyib. Belə ki, 2015-ci ildə mobil satışların həcmi 2014-cü illə müqayisədə 24,2 faiz artıb.
Əməliyyat sistemləri üzrə mobil satışların həcmi müqayisə edilsə, Almaniyada "iOS” və “Android” sistemlərinin populyarlığı təxminən eynidir (müvafiq olaraq 50 və 49 faiz). Şərqi Avropa və İspaniyada “iOS” əməliyyat sistemli mobil qurğuların satışda payı 31 faizə bərabər olsa da, Skandinaviya ölkələri və Böyük Britaniyada üstünlük təşkil edir (müvafiq olaraq satışın 72 və 71 faizi).

Nizam Nuriyev 




Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024