12px13px15px17px
Tarix:02/04/16

Zədələnmiş elektrik zəncirlərini müstəqil düzəldən nanorobotlar yaradılıb

Kaliforniya Universitetinin alimi Jozef Vanq və Pittsburq Universitetində çalışan digər alim Anna Balaz tərəfindən yaradılmış nanorobotlar sıradan çıxmış elektrik zəncirlərini düzəltmək qabiliyyətinə malikdirlər. İnsanın qan sisteminin xüsusiyyətləri alimləri belə nanorobotların yaradılmasına ilhamlandırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, alimlər zədələnmiş nöqtəyə doğru özü hərəkət edən robotların yaradılmasından ötrü qızıl və platindən hazırlanmış “ikili hissəcik”dən istifadə ediblər və onu hidrogen peroksid məhlulunda həll ediblər. Platin hissəcikləri və hidrogen əlaqəyə girdikdə ani momentdə oksigenin “buraxılması” reaksiyası baş verir ki, bu da reaktiv yanacaq kimi nanorobotları irəli aparır. Bu proses robotları müvafiq yerə yönəldir və orada qızıl hissəcikləri elektrik zəncirindəki zədələrin effektiv bərpasına başlayır.

Alimlər, Vanq və Balaz öz ixtiralarını sınaqdan keçirmək üçün hidrogen peroksidin məhlulunu zədələnmiş elektrik zəncirinə tətbiq ediblər. Problem insan saçının qalınlığının 1/10-dən az ölçüdə çatların mövcudluğu olub ki, onlar da “LED” lampanın enerji toplamasına mane olublar. Nanorobotlar  zədələnmiş zənciri bərpa etdikdən sonra lampa yenidən işıq saçıb.

Avtomatik təmir zamanı belə kəşf heyrətamizdir, çünki indi alimlər robotların "təbii instinktlər" əsasında aktivləşdirilməsi üsullarını axtaracaqlar. Şübhəsiz, kompüter elmlərində belə robotlardan tətbiq ediləcək.

Emil Hüseynov



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024