12px13px15px17px
Tarix:06/04/16

“Facebook” gözdən əlillərə şəkildə təsvir edilmiş obyektləri səsləndirəcək

“Facebook” sosial şəbəkəsinin gözdən əlil və zəif görənlər üçün istifadəyə verdiyi yeni funksiya onlara şəkildə təsvir edilmiş obyekti "görməyə" imkan verəcək. Sözügedən funksiya avtomatik olaraq şəklin qısa mətn təsvirini tərtib edə və ucadan səsləndirmək imkanına malik olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, artıq gözdən əlil insanlar süni intellektin köməyi ilə şəkildə təsvir edilmiş obyekt haqda daha dolğun məlumat əldə edə biləcəklər.

“Facebook”un kompüter təlimi alqoritmləri fotoda təsvir edilmiş obyektləri müəyyənləşdirərək onları ucadan səsləndirəcək: "Məsələn, bu şəkildə səma, ağac, hava təsvir edilib". Yeni funksiya hələ ki “iOS” platforması ilə işləyən qurğular üçün sosial şəbəkənin kliyentinin ingilisdilli versiyasında əlçatandır. Bu funksiyadan istifadə etmək üçün ilk öncə “VoiceOver” ("Sazlamalar" - "Əsaslar" - "Universal giriş") səs müşayiəti proqramını aktivləşdirmək lazımdır.

Şirkətin nümayəndəsi Ceff Vilandın sözlərinə görə, tezliklə təsvirin tanınması funksiyası “Android” ilə işləyən smartfonlar üçün də əlçatan olacaq. Bundan sonra funksiya başqa dilləri də dəstəkləməyə başlayacaq.

Emil Hüseynov




Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024