12px13px15px17px
Tarix:10/06/11

“Aztelekom” İB-dən xəbərdarlıq

Yay fəslinin gəlməsi ilə əlaqədar bölgələrdə aparılan təmir-tikinti və qazıntı işləri zamanı regional və yerli əhəmiyyətli optik kabel xətləri zədələnir. Bu məqsədlə "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasını qadağan etməsi barədə xəbərdarlıq edib.
Qərar qəza vəziyyətinin qarşısının alınması üçün qəbul edilib və həm hüquqi, həm də fiziki şəxslərə aiddir. Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə “Aztelekom” magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Qeyd edək ki, yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.



Baxış sayı: 1784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024