12px13px15px17px
Tarix:08/04/16

Dünyada ən nazik linza yaradılıb

Avstraliya Milli Universitetinin əməkdaşları Viskonsin-Medison Universitetində çalışan həmkarları ilə birgə dünyada ən nazik (qalınlığı insan saçından min dəfələrlə azdır) linza yaratmağa nail olublar. Yaradıcıların fikrincə, bu ixtira elastik displey və miniatür kameraların yaradılmasında çevriliş edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, sözügedən tədqiqatın rəhbəri doktor Larri Lu linzanın yaradılmasında istifadə olunmuş molibden disulfid kristalının qeyri-adi xüsusiyyətlərinin aşkarlanması haqda məlumat verib. Onun sözlərinə görə, bu material gələcək yüksəktexnologiyalı həllər üçün mükəmməl komponentdir.

Yeni yaradılmış linzanın minimal qalınlığı 6.3 nm (9 atom qatı) təşkil edir. Əvvəlki rekord metamaterialdan hazırlanmış linzaya məxsusdur, onun qalınlığı yeni linzadan 8 dəfə çox (50 nanometr) olub.

Alimlər bildiriblər ki, molibdenin disulfid kristalı, həmçinin yüksək temperatura dayanıqlıdır, yarımkeçirici kimi tətbiq edilə və ya fotonları buraxa bilər.

Emil Hüseynov




Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024