12px13px15px17px
Tarix:09/04/16

Dünyada ən kiçikölçülü diod yaradılıb

İsrail və ABŞ alimlərindən ibarət qrup dezoksiribinuklein turşusunun fraqmentindən dünyada ən kiçikölçülü diod yaratmağa nail olublar. Bu, çox miniatür hesablama sistemlərinin yaradılması imkanı deməkdir. "Biz 50 il ərzində ölçüsü kiçilməkdə olan çiplərin işini daim gücləndirmişik, amma indi silisium materialının fiziki məhdudiyyətlərini aradan qaldırmaqla məşğuluq" – tədqiqat müəlliflərindən biri deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “tech.onliner.by” saytına istinadən yazır ki, dezoksiribinuklein turşusunun zəncirinin simmetrikliyinə baxmayaraq, əks istiqamətlərdə cərəyanın keçiricilik qabiliyyəti 15 dəfə fərqlənir. Alimlərin sözlərinə görə, bu xüsusiyyət sözügedən elektron komponent üçün vacib  xarakteristikadır. "Bizim ixtiramız  komponentləri indikindən min dəfə kiçik olan elektronika yaratmağa imkan verir" – alimlər bildiriblər.

Emil Hüseynov




Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024