12px13px15px17px
Tarix:21/09/11

Pakistan “Facebook”u yenidən bloklayacaq

Pakistan məhkəməsi hakimiyyətə dini nifrəti qızışdıran “Facebook” və digər saytlara girişi bloklamağı tapşırıb. Bu tələblərin icrası haqqında hesabat oktyabr ayının 6-na təqdim edilməlidir.

Qərar Məhəmməd peyğəmbəri təsvir edən karikaturaların “Facebook”da yerləşdirilməsinə görə bu sosial şəbəkəni birdəfəlik bloklamaq tələbi ilə olan ərizənin verilməsindən sonra qəbul edilib.

Ərizənin müəllifi olan hüquqşünas Məhəmməd Acar Siddik hesab edir ki, müsəlman dəyərləri məlumat azadlığı bəhanəsi ilə təhqir edilib.

Hakim Şeyx Azmat Səid Pakistanın informasiya texnologiyaları nazirinə ölkənin bütün ərazisində dini nifrəti qızışdıran saytlara girişi bloklamaq göstərişi verib . Bu halda qeyd edilib ki, “Google” və digər axtarış sistemləri qadağan olunmur.

“Facebook” artıq Pakistanda 2010-cu ilin yazında bloklanıb. O zaman "Everybody Draw Mohammed Day!" qrupu istifadəçiləri peyğəmbərin karikaturalarını yerləşdirməyə çağırmışdı. O zaman qadağa məhkəmə hökmü ilə götürülmüşdü və qrup isə “Facebook”dan silinmişdi.



Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024