12px13px15px17px
Tarix:11/04/16

“Elektron hökumət” portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

Dövlət Gömrük Komitəsi tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə  daha 4 xidmət elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edildi. İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər aşağıdakılardır.

– "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi" (Elektron)

­– "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi" (Kart)

– "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu"

– "Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi". 

Beləliklə, Dövlət Gömrük Komitəsinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılıb.

Qeyd edək ki, bununla da "Elektron hökumət" portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.




Baxış sayı: 952

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024