12px13px15px17px
Tarix:19/04/16

İnsanı izləmək üçün onun telefon nömrəsini bilmək kifayətdir

Müasir smartfonlarda aşkar edilmiş növbəti boşluq bahalı avadanlıqdan istifadə etmədən bu qurğu sahiblərini izləməyə imkan verir. Müəyyən şəxsi izləmək üçün haker və hüquq-mühafizə təşkilatlarının nümayəndələrinə yalnız onun mobil telefon nömrəsi lazımdır.

“Security Research Labs” şirkətinin təsisçisi, informasiya təhlükəsizliyi sahəsində alman mütəxəssisi Karsten Nol bu haqda açıqlama verib. Bu haqda cənab Nol ABŞ-da populyar olan "60 dəqiqə" televiziya verilişində məlumat verib və sübut kimi real vaxt rejimində izləmə prosesini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, Karsten Nol qurban qismində kaliforniyalı siyasətçi, konqres üzvü Ted Lyunu seçib və canlı yayımda onun smartfonuna icazəsiz qoşulma edib. Konqres üzvü bu haqda öncədən xəbərdar edilmişdi və o, bu eksperimentdə iştiraka razılıq verib.

Amerika siyasətçisinin smartfonuna qeyri-qanuni müdaxilə edən Karsten Nol qısa müddətdə onun olduğu yeri müəyyənləşdirib, onun telefonundakı zənglərin siyahısını, hətta onun tərəfindən müxtəlif xidmətlərdə göndərilmiş və alınmış mesajların mətnini çıxardıb. İnformasiya təhlükəsizliyi üzrə alman mütəxəssisinin istifadə etdiyi proqramın adı açıqlanmır.

Ted Lyu müasir “iPhone” smartfonundan istifadə edir, ancaq cənab Nolun sözlərinə görə, telefonun modeli və markası istifadəçinin izlənilməsi imkanına təsir etmir. Bu, həmçinin SIM kartda PIN kodun olub-olmamasından asılı deyil.

Emil Hüseynov




Baxış sayı: 3232

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024