12px13px15px17px
Tarix:19/04/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Nardaran Bilik Evi”nə kompüter dəstləri təqdim edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində Nardaran qəsəbəsinin gənclərinin maariflənməsi, ixtisaslaşması, qlobal məkana inteqrasiyası, informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə bacarıqlarının inkişaf etdirilməsinə dəstək məqsədilə "Nardaran Bilik Evi"nə müasir kompüter dəstləri təqdim edilib.
 
 
Təqdim edilən kompüter dəstləri məktəb şagirdlərinin, müəllim heyətinin və müxtəlif yaş qrupları üzrə sakinlərin bilik və bacarıqlarının formalaşmasına, təkmilləşməsinə və ölkədə formalaşan "elektron hökumət" həllərində yaxından iştirakına öz töhfəsini verəcəkdir.
 
 
Qeyd edək ki, Bilik Fondu  Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin peşə hazırlığının yüksəldilməsi, maraq dairələrinin genişləndirilməsi, məşğulluğuna dəstək göstərilməsi məqsədilə ödənişsiz əsaslarla informasiya-kommunikasiya texnologiyaları, kompüter, rus, ingilis və Azərbaycan dilləri üzrə hazırlıq kurslarının fəaliyyət göstərdiyi  "Bilik Evləri" yaradır. RYTN bu layihə çərçivəsində Fondla sıx əməkdaşlıq edir. 




Baxış sayı: 1459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024