12px13px15px17px
Tarix:21/09/11

“Skype” proqramında boşluq aşkar edilib

“iPhone” smartfonları üçün “Skype” proqramında boşluq aşkar edilib. Bu boşluq kibercinayətkarlara qurbanın ünvan kitabçasını ələ keçirməyə imkan yaradır.

Boşluq haqqında “AppSec Consulting” şirkətindən kompyuter təhlükəsizliyi üzrə ekspert Fil Pyorviens öz bloqunda bildirib.

Pyorviens dəqiqləşdirib ki, söhbət “XSS” hücum haqqında gedir. İstifadəçi çatda hakerdən daxil olan mesajı açdıqda zərərverici kod icra olunur. Bundan sonra ünvan kitabçasının tərkibi kibercinayətkarın serverinə köçürülür.

Bu boşluq “iOS” platforması üçün “Skype” proqramının həm sonuncu, həm də əvvəlki versiyalarında mövcuddur. Boşluğun “iPad” planşetləri üçün “Skype” proqramında olub-olmadığı dəqiqləşdirilməyib.

Tədqiqatçı, həmçinin öz mikrobloqunda bildirib ki, boşluğu hələ avqust ayında aşkar edib və “Skype”-a bu barədə xəbər verib, lakin internet telefoniya xidməti indiyə qədər bu problemi aradan qaldırmayıb.

“Skype” nümayəndələri, öz növbəsində, “TechCrunch”-a verdikləri müsahibədə qeyd ediblər ki, boşluq haqqında xəbərdardılar və yaxın vaxtlarda onu aradan qaldırmaq niyyətindədirlər.



Baxış sayı: 1031

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024