12px13px15px17px
Tarix:27/04/16

Alimlər təsadüfən dayanıqlı akkumulyator yaradıblar

Kaliforniya Universitetində işləyən alimlər təsadüfən, demək olar ki, öz tutumunu itirmədən çoxlu sayda yenidən enerji doldurmaya dayanıqlı akkumulyator yaradıblar. “Popular Science” nəşri yazır ki, alimlər litium akkumulyatorda litium əvəzinə qızıl nanonaqillərdən istifadə ediblər. Alimlər tərəfindən keçirilmiş sınağın məqsədi sərtgövdəli batareyanın yaradılması olsa da, ancaq sınaq zamanı akkumulyator 200 min dəfə yenidən enerji doldurmaya dayanıqlılıq göstərib və bu halda öz başlanğıc tutumunun yalnız 5%-ni itirib.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, adi litium batareyasında elektrolit qismində istifadə edilən maye qısa qapanma və ya batareyaya intensiv təzyiq zamanı tezalışan qazların yaranması ilə səciyyələnən sürətli şəkildə qaynayır. Məsələn, qısa qapanma zamanı litium-ion akkumulyatorlarından ayrılan hidrogen maddəsi hava ilə birgə partlayış təhlükəli qarışıq yarada bilər. Alimlərin fikrincə, qızıl nanonaqillərdən istifadəyə əsaslanan elektroliz gelindən istifadə təhlükəsiz sərtgövdəli akkumulyatorlar yaratmağa imkan verəcək.

Yeni akkumulyatorda nanonaqillər nazik manqan oksidi qatı ilə örtülüb. Bu halda elektroliz geli akkumulyatorda əlavə qoruma funksiyasını yerinə yetirir. Sınaq zamanı nanonaqillər həm elektroliz geli, həm də onsuz yenidən enerji ilə doldurulub. Gel olmayan halda artıq 4 min yenidən doldurmadan sonra korroziya nəzərə çarpırdı.

Emil Hüseynov




Baxış sayı: 331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

17/02/20
Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən

17/02/20
“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir

Çoxsaylı şayiələrə görə, “Apple” cari ildə “Snapdragon X55” modemi əsasında işləyən və beşinci

17/02/20
Süni intellektə hərbi dronların idarə edilməsi öyrədiləcək

ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını i

17/02/20
“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlə

17/02/20
Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik

17/02/20
“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

17/02/20
Yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs

16 02 2020