12px13px15px17px
Tarix:29/04/16

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat "Elektron hökumət" portalı üzərindən aparılır

2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı, əvvəlki illərdən fərqli olaraq, seçmə turlar keçirilməyəcək. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq.

Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub təsdiqlədikdən sonra "Elektron hökumət", "www.e-gov.az" portalı üzərindən "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.  











































Qeyd edək ki, qeydiyyat "Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına abituriyentlərin onlayn qeydiyyatı" alt bölməsi vasitəsilə aparılır.

 

 
Elektron qeydiyyatın tarixləri aşağıdakı kimidir:

– ali təhsil müəssisələrinin I qrup "memarlıq" ixtisası üzrə – aprelin 15-dən 30-dək;

– ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək;

– tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək;

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək.




Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024