12px13px15px17px
Tarix:04/05/16

“Time” jurnalı bütün dövrlərin 50 ən mühüm cihazının siyahısını tərtib edib

ABŞ-ın “Time” jurnalı öz saytında bütün dövrlərin 50 ən mühüm  cihazının siyahısını dərc edib. Sözügedən siyahı adı çəkilən nəşrin kollektivi çərçivəsində aparılmış uzunmüddətli müzakirədən sonra tərtib edilib.

Məlumata görə, siyahıda yer almış qurğular həmişə kommersiya uğuru əldə etməyib, amma ümumilikdə sənayenin inkişafına təsir göstərib.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki,  ilk üçlükdə “Apple iPhone” (sensor ekranlı smartfonlar erasının əsasını qoyub), 1960-cı illərin “Sony Trinitron” adlı rəngli televizorları və insan və kompüter arasında qarşılıqlı əlaqə standartının əsasını qoymuş “Apple Macintosh” fərdi kompüteri qərarlaşıb.

“Sony Walkman” kaset pleyeri (ilk yığcam, sadə və hamı üçün əlçatan musiqi pleyeri), “IBM Model 5150” kompüteri, “Victrola” adlı fonoqraf (evdə musiqi dinləmək erasına qədəm qoyulub), “Regency TR-1” adlı ilk kütləvi cib tranzistor radioqəbuledicisi, ucuz “Kodak Brownie” fotokamerası (şəkil çəkmək hamı üçün əlçatan olub), “Apple iPod” audiopleyeri (“CD” pleyer dövrünün sonunu yaxınlaşdırıb) və “Hitachi Magic Wand” qurğusu siyahıda 4-10-cu yerləri bölüşdürürlər.

“Canon Pocketronic” kalkulyatoru, “Philips N1500 VCR” video oxuducusu (televiziya verilişlərini yazmağa imkan verib), “Atari 2600” oyun konsolu (oyun sənayesinin inkişafına güclü təsir göstərib), “US Robotics Sportster 56K” modemi (“dial-up” modemlər milyonlarla ailə üçün interneti əlçatan edib), “Nintendo Entertainment System” oyun konsolu (“NES” oyun sənayesində yaşanmış böhrandan sonra oyun bazarını canlandırıb), “Nintendo Game Boy” cib konsolu (müasir mobil oyunlar bazarının əsasını qoyub), “IBM Selectric” elektrik çap maşını (kompüter erasının başlanğıcı), “Motorola Bravo” peyceri (digər mobil rabitə qurğularının inkişafına imkan yaradıb), “JVC VideoMovie” videokamerası (1980-ci illərin ortalarında məişət videokamerası nümunəsi) və “Motorola Droid” (“Android” platforması ilə işləyən ilk uğurlu smartfon) 10-20-ci yerləri tutublar.

“Top-50”-də, həmçinin “IBM Thinkpad 700C” noutbuku, “TomTom” adlı “GPS” naviqator, “Phonemate 400” avtocavablayıcısı, “BlackBerry 6210” smartfonu, “Apple iPad” planşeti, “Commodore 64” ev kompüteri, “Polaroid” fotoaparatı, “Amazon Kindle” elektron kitabı, “TiVo” televizor konsolu, “Toshiba” DVD pleyeri, “Sony PlayStation” və “Nintendo Wii” oyun konsolları, kabel televiziyası üçün “Jerrold Cable Box” konsolu, “Nokia 3210” mobil telefonu, “HP DeskJet” printeri, “Palm Pilot” cib kompüteri, “Motorola Dynatac 8000x” mobil telefonu, “Apple iBook” noutbuku, “Oculus Rift” virtual reallıq şlemi, “Sony Discman D-50” yığcam CD pleyeri, “Roku Netflix Player” televizor konsolu, “Fitbit” rəqəmsal addımölçəni, “Osborne 1” yığcam kompüteri, “Nest” termostatı, “Raspberry Pi” kompüteri, “DJI Phantom” pilotsuz təyyarəsi, “Yamaha Clavinova” rəqəmsal pianosu, “Segway” skuteri, “Makerbot Replicator” məişət 3D printeri və “Google Glass” qarnituru yer alıb.

Emil Hüseynov




Baxış sayı: 593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024