12px13px15px17px
Tarix:06/05/16

Azərbaycan Memarlar İttifaqının 80 illiyinə həsr edilmiş poçt markaları təqdim olunub

Bu gün Azərbaycan Memarlar İttifaqında təşkilatın 80 illik yubileyi ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC  tərəfindən nəşr edilmiş poçt markaları, suvenir vərəq və xüsusi markalanmış kitabın  təqdimatı keçirilib.


 











































Təqdimat mərasimində ittifaqın, "Azərmarka" MMC-nin və "Azərpoçt" MMC-nin nümayəndələri iştirak edib.
 
Tədbirdə nəfis dizaynda hazırlanan 12 növ poçt markası, 1 suvenir vərəq və 1 xüsusi markalanmış kitab iştirakçılara nümayiş olunub.


































Markaların üzərində ayrı-ayrılıqda Əcəmi ibn Əbubəkr və Naxçıvandakı Möminə Xatun türbəsi, Mahmud ibn Saad və Bakıdakı "Bibi Heybət" məscidi, Kərbəlayı Səfixan Qarabaği və Şuşadakı "Gövhər ağa" məscidi, Zivər Bəy Əhmədbəyov və Bakıdakı "Təzə Pir" məscidi, İosef Qoslavski və Bakıdakı Şəhər Şurasının binası, İosif Ploşko və Bakıdakı Murtuza Muxtarovun sarayı, Məmməd-Həsən Hacınski və Bakıdakı Dənizkənarı Bulvar, Nikolay fon der Nonne və Bakıdakı Deburun Evi, Sadıq Dadaşov və Bakıdakı Nizami adına kinoteatr,  Mikayıl Useynov və Bakıdakı Alimlərin Yaşayış Evi, Ənvər Qasımzadə və Bakıdakı İnşaatçılar prospektində yerləşən yaşayış kompleksi, Həsən Məcidov və Bakıdakı Muzey Mərkəzi kimi memarlıq nümunələrinin təsvirləri yer alıb.


 






























































Suvenir markanın üzərində isə Memarlar İttifaqının 80 illiyinə həsr edilmiş xüsusi loqotip əksini tapıb.
 
Təqdimat mərasimində nəşr olunmuş markalar barədə ətraflı məlumat verilib.
 
CAHANGİR




Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024