12px13px15px17px
Tarix:21/09/11

“HP” 525 insanı işdən çıxaracaq

“Hewlett-Packard” şirkəti bütün dünya üzrə nümayəndəliklərdə “webOS” əməliyyat sistemi ilə işləyən mobil qurğuların hazırlanması ilə məşğul olmuş 525 insanı işdən çıxarmağı planlaşdırır.

Keçən ay texnologiya nəhəngi rəsmən elan edib ki, “TouchPad” planşet kompyuterlərinin və “Pre” ailəsi smartfonlarının istehsalı ilə məşğul olmuş bölmə bağlanacaq və şirkət strukturunda qlobal yenidən təşkil etmə həyata keçiriləcək.

"Avqust ayının 18-də qeyd edildiyi kimi, “HP” şirkəti 2011-ci maliyyə ilinin dördüncü rübü ərzində “webOS” əməliyyat sistemi ilə işləyən qurğuların hazırlanmasını dayandıracaq" — bu barədə şirkət nümayəndəsi “AllThingsD” Amerika nəşrinə bildirib.

“WebOS” platformasının hazırlanması ilə məşğul olan komanda strategiya və texnologiyalar bölməsinin rəhbərliyinə verilib və “HP” rəhbərliyi bu komandanın mütəxəssislərinin nə ilə məşğul olacaqları barəsində hələ qərar qəbul etməli olacaq.

Əlbəttə ki, belə irimiqyaslı yenidən təşkil etmə vaxtı şirkət ixtisarlardan qaça bilməyəcək, bu, xeyli sayda qlobal dəyişikliklər vaxtı qaçılmazdır.

Şirkət nümayəndəsi bu vəziyyəti şərh etməyib və konkret rəqəm bildirməyib. Lakin digər qeyri-rəsmi mənbə qeyd edib ki, “HP” şirkəti yalnız “WebOS” bölməsindən 525 insan çıxarmağı planlaşdırır.



Baxış sayı: 1033

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024