12px13px15px17px
Tarix:10/05/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “NETTY 2016” Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib

Rabitə və Yüksək Texnologiyalar,  Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilən "NETTY 2016" Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edilib. Ekspert şurasının və Virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən, iştirakçı-saytların siyahısından mükafatın nominantları olan veb-saytlar, proqramlar və İT layihələri (http://netty.az/nominants2016) seçilib.
 
Qaliblərin müəyyənləşdirilməsi üçün Mükafatın Akademiyası artıq səsverməyə başlayıb. Akademiyanın nümayəndələri daxili səsvermə əsasında hər mövcud olan 16 nominasiya üzrə bir qalibi müəyyən edəcək.
 
Nominantlar sırasından seçilmiş qaliblər 20 may tarixində rəsmi mükafatlandırma mərasimində elan ediləcək.
 
Bütün nominant saytların nümayəndələri mərasimə dəvət olunacaq. Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" və "İlin İT hadisəsi" fəxri nominasiyaları üzrə qaliblər elan olunacaq.
 
 Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" və "Şəbəkənin seçimi" nominasiyalarında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.
 
 
Qeyd edək ki,  "NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin, ümumiyyətlə, İT bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.




Baxış sayı: 1307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024