12px13px15px17px
Tarix:11/06/11

Hakerlərdən məşhur oyun istehsalçısına zərbə

“Codemasters” oyunları Britaniya istehsalçısının veb-saytına hücum edib. Belə ki, kibercinayətkarlar tərəfindən bir neçə min istifadəçinin şəxsi məlumatları oğurlanıb. Şirkət bildirib ki, istifadəçilərin ödəmə rekvizitləri ələ keçirilməyib.
“Codemasters”dən bildiriblər ki, sayta müdaxilə faktını aşkar edən kimi saytı söndürüblər.
Aparılan araşdırma göstərib ki, hakerlər minlərlə istifadəçi haqqında informasiyanın əhəmiyyətli hissəsini əldə edə bilib və hakerlərin əllərində yalnız “Codemasters” müştərilərinin ad və ünvanları deyil, həmçinin onların IP ünvanları, Xbox üçün qeymer qeydləri və digər informasiyalar var.
Bəzi müştərilərə göndərilmiş elektron mesajlarda şirkət onlara “Codemasters” saytlarında hesablarla bağlı istifadə edilmiş şifrələri dəyişdirməyi məsləhət görür. "Əgər siz başqa hesablar üçün eyni şifrələri tətbiq edirdinizsə, onları da dəyişmək tövsiyə edilir" - şirkət xəbərdarlıq edib.
Britaniya KİV-nə müsahibədə şirkət nümayəndəsi bildirib ki, hələ ki “Codemasters”də hücumun arxasında kimin olması barədə məlumat yoxdur.



Baxış sayı: 1111

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024