12px13px15px17px
Tarix:16/05/16

2016-cı ilin əvvəlində spamın payı kəskin artıb

2016-cı ilin əvvəlində virusa yoluxmuş məktubların sayında kəskin artım qeydə alınıb. Cari ilin martında "Kasperski Laboratoriyası"nın qoruyucu həlləri istifadəçiləri zərərli fayllardan istifadəyə əsaslanan 22 milyon yoluxma cəhdindən xilas ediblər. Bu göstərici ötən ilin orta aylıq göstəricisini 4 dəfədən çox ötür.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, "Kasperski Laboratoriyası"nın ekspertləri bu tendensiyanı hakerlərin fırıldaqçı proqramları elektron poçt üzərindən yayımlamağa üstünlük verməsilə izah ediblər Bu, elektron poçt müştərilərinin müdafiə sisteminin zəif olması ilə bağlıdır.
"Kasperski Laboratoriyası"nın spam analitiki Darya Losevanın sözlərinə görə, fırıldaqçılar böyük sayda müxtəlif tip bərkitmələrdən istifadə edirlər.

Arzuolunmaz mesajlar üçün əsas mövzu tez-tez baş verən terror aktları ilə bağlıdır. Fırıldaqçılar, guya ki, partlayıcı qurğuları vaxtında aşkar etməklə bağlı informasiyadan ibarət bərkitməni özündə saxlayan məktub yayıblar. Əslində isə məktubda fərdi məlumatların ələ keçirilməsində, “DDoS” hücumların təşkilində və zərərli proqramların quraşdırılmasında istifadə olunan təhlükəli proqram olub.

Ekspertlər, həmçinin mesajların tutumunun azalmasını qeyd ediblər. Yanvar-mart aylarında göndərilmiş məktubların 80%-dən çoxunun tutumu 2 KB-ı ötmür. 2016-cı ilin birinci rübündə qlobal poçt trafikində spamın payı 56% təşkil edib.

Emil Hüseynov



Baxış sayı: 548

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024