12px13px15px17px
Tarix:20/05/16

"NETTY 2016" Azərbaycan Milli İnternet Mükafatının qalibləri bəlli oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi "NETTY 2016" Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan olunub.

"NETTY 2016" nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilib.

8 may tarixində Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından "Şəbəkənin seçimi" nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyasının səsverməsi olub.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edib.
 
Müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilib.
 
Bu gün "Hyatt Regency" mehmanxanasında "NETTY-2016" Azərbaycan Milli İnternet Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.

Mərasimdə ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, artıq 10 ildən artıq bir müddətdir ki, "NETTY Azərbaycan" Milli İnternet Müsabiqəsi uğurla keçirilir və bu müsabiqə internet resurslarının inkişafı üçün stimullaşdırıcı amillərdən biridir. Müsabiqədə qalib gələn nominantları təbrik edən nazir müavini onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra  cari ilin ən uğurlu milli veb saytlarının və layihələrin adları açıqlanıb:

Dövlət saytıhttp://www.metro.gov.az

Azərbaycan - http://www.shahdag.az

Elm və təhsil - http://www.musigi-dunya.az

Mədəniyyət və incəsənət -http://www.mugamcompetition.az

Cəmiyyət - http://www.asanyouth.az

İnformasiya və xəbərlər - http://www.avtostop.tv

Servis sayt - http://www.events.az

Korporativ sayt - http://www.pashatravel.az

Elektron Kommersiya sahəsində ən yaxşı saythttp://www.arshinmalalan.az

Əyləncə - http://www.igo.az

İdman - http://www.bakucitycircuit.com

Şəxsi sayt - http://www.tutudiet.com

Şəbəkənin seçimi -http://www.dns.az



"İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi"  fəxri mükafat; üzrə "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri  Fərid İsmayılzadə qalib  elan olunub. 


Dövlət Gömrük Komitəsinin "Malların və nəqliyyat vastələrinin gömrük rəsmiləşdirilməsi üzrə e-gömrük bəyannaməsinin qəbulu sistemi"nin tətbiq edilməsi "İlin İT hadisəsi" kimi müəyyən edilib.


Məlumat üçün bildirək ki, "NETTY Azərbaycan" Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır.




Baxış sayı: 1183

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024