12px13px15px17px
Tarix:24/05/16

Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzi və Avropa Nüvə Tədqiqatları Təşkilatı memorandum imzaladı

İsveçrədə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi (MNTM) və Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) arasında MNTM-in "ALICE (A Large Ion Collider Experiment)" kolaborasiyasına qoşulması haqqında memorandum imzalanıb.
 
 
Bu sazişlə  Azərbaycan alimləri "ALICE" təcrübəsinin ultra relyativistik Pb+Pb, p+p və p+Pb toqquşmalarında toplanmış məlumatları təhlil edəcək və informasiya texnologiyaları sahəsində qabaqcıl problemlərin həlli ilə məşğul olacaqlar.
 
Məlumat üçün bildirək ki, "ALICE" layihəsi dünyanın 37 ölkəsində 154 fizika institutunun 350 aspirantı, o cümlədən 1500-dən çox fizik, mühəndis və texniklərin  beynəlxalq əməkdaşlığını nəzərdə tutur. "ALICE" təcrübəsi qeyri-adi vasitələrdən istifadə edərək fundamental suallara cavab axtarışına imkan verir.
 
Qeyd edək ki, imzalanma mərasimində CERN rəsmiləri Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduqlarını və bunun çox böyük tarixi hadisə olduğunu qeyd ediblər. 




Baxış sayı: 950

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024