12px13px15px17px
Tarix:25/05/16

Əllə idarə olunan ilk robot texnikası dəsti təqdim edilib

“ZeroUI” şirkəti bu il “TechCrunch Disrupt” konfransında əllə idarə olunan dünyanın ilk robot texnikası dəstini təqdim edib. “Ziro” adlanan layihə dörd simsiz mühərriklə təchiz edilməyən modul, xüsusi idarəetmə əlcəyi və mobil proqram dəstindən ibarətdir. Modullar vasitəsilə istifadəçilər, demək olar, istənilən robotu yığa və onu müxtəlif ötürücülərin quraşdırıldığı əlcəklə əl hərəkətləri ilə idarə edə bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Ziro” əsasında robotlar yaratmaq üçün əl altında olan bütün vasitələrdən, o cümlədən adi karton, “LEGO” konstruktoru, plastik butulka və sairdən istifadə etmək olar. İmkanlar yalnız insanın fantaziyası ilə məhdudlaşır. Modullar bir-birləri və əlcək kontrolleri ilə “Wi-Fi” şəbəkəsi vasitəsilə sinxronlaşır. İdarəetməni həyata keçirmək üçün əllə yüngül hərəkətlər etmək kifayət edir. Məsələn, sola dönmək üçün əli həmin tərəfə yavaşca əymək lazımdır.  

Nizam Nuriyev 






Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024