12px13px15px17px
Tarix:02/06/16

Əlavə reallıq yanğınsöndürənlərə istilikdə görməyə imkan verəcək

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mütəxəssislər qrupu yanğınsöndürənin əlavə reallıq texnologiyasının köməyi ilə istilik təsvirini görməsinə imkan verən sistem hazırlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, "VIZIR" adlanan sistem kaskaya bərkidilən teplovizor və istilik təsvirinin translyasiya olunduğu əlavə reallıq eynəyindən ibarətdir. Təsvirin şəffaf ekranda insanın görə biləcəyi yerə daxil edilməsinə görə əlavə reallıq eynəklərində bir-birinin üstündə adi və istilik təsvirini görmək mümkündür. Tədqiqatçıların sözlərinə görə, belə avadanlıq yanğınsöndürənlərə, demək olar, "altıncı hiss" verməklə uzaqdan ətrafdakı obyektlərin temperaturunu ölçməyə şərait yaradır.  

Bildirilir ki, texnologiyanın tətbiqi yanğınsöndürənlərə qaranlıq və ya tüstülü yerlərdə yolun istiqamətini müəyyənləşdirməyə imkan verir. Mütəxəssislər qeyd edirlər ki, avadanlığın əldə saxlanılmasına ehtiyac olmadığına görə "VIZIR" yanğınsöndürənlərə işləməyə mane olmur. Hazırkı mərhələdə sistem adi əlavə reallıq eynəyindən istifadə etsə də, gələcəkdə tədqiqatçılar şəffaf əlavə reallıq displeyini panoramlı kaskanın şüşəsində quraşdırmağı planlaşdırırlar.

Nizam Nuriyev 






Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024