12px13px15px17px
Tarix:03/06/16

2021-ci ilədək dünyada mobil rabitə şəbəkələrinə qoşulmaların sayı 9 milyarda çatacaq

"Ericsson" şirkəti illik "Mobility Report" hesabatını dərc edərək "Əşyalar interneti" seqmentinin (IoT) digər qoşulan qurğulardan daha sürətlə artacağını açıqlayıb. 2015-2021-ci illərdə "IoT" qoşulmaların illik artımının 23 faiz təşkil edəcəyi gözlənilir. Proqnozlaşdırılan dövrün sonunadək qoşulan 28 milyard qurğunun 16 milyardı "IoT" qurğuların payına düşəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "Payspacemagazine" resursuna istinadən yazır ki, analitiklərin məlumatına görə, daha çox artım tempi 2021-ci ildə qoşulan qurğuların sayının 2015-ci ildəki 400 milyondan 1,5 milyardadək artacağı mobil rabitə şəbəkələrində "Əşyalar interneti" seqmentində (Cellular Internet of Things) proqnozlaşdırılır.

Bildirilir ki, Qərbi Avropa ölkələri daha fəal artım nümayiş etdirəcək. Burada 2021-ci ilədək qoşulan qurğuların sayının 400 faizədək artacağı ehtimal edilir. Bu ölkələrdə artımın əsas hərəkətverici qüvvəsi "ağıllı" enerji şəbəkələrinə aid tənzimləyici tələblər, eləcə də qoşulmuş avtomobillər seqmentinin artımı olacaq. Bu istiqamətdə 2018-ci ildən bütün avtomobillərin təchiz ediləcəyi Avropa "eCall" fövqəladə zənglər sisteminin inkişafı əsas rollardan birini oynayacaq.

Şərqi Avropada qoşulan qurğuların sayı nisbətən zəif artacaq: regionda 2021-ci ilədək "IoT" qurğuların sayının 4 milyona çatacağı proqnozlaşdırılır.

Hesabatda yer alan digər nəticələrə daxildir:
  • 2021-ci ilədək dünyada mobil rabitə şəbəkələrinə qoşulmaların sayı 9 milyarda çatacaq (bu göstərici cari ilin birinci rübündə 7,4 milyard təşkil edib ki, bu da bir il əvvəldən 3 faiz çoxdur).
  •  
  • Qoşulan smartfonların sayı 2021-ci ilədək iki dəfə artacaq.
  •  
  • Mobil internet bir sıra seqmentlərdə stasionar interneti tamamlayacaq və digər seqmentlərdə lider texnologiya olacaq. 2021-ci ilədək sürətli internet şəbəkələrinə qoşulmaların sayı 7,7 milyard təşkil edəcək.  
  •  
  • 2015-2021-ci illərdə məlumatların yüklənilməsində smartfonlar trafiki 12 dəfə çoxalacaq. 2021-ci ilin sonunadək smartfonların mobil trafikdə payı 90 faizə yaxın olacaq.
  •  
  • Trafik artımının əsas hərəkətverici qüvvəsi video olacaq. Mobil şəbəkələrdə video trafiki təxminən 55 faiz artacaq və 2021-ci ildə onun mobil trafikdə payı 2/3-yə bərabər olacaq.
  •  
  • Yeniyetmələr artımda əsas rol oynayacaq.
 
Qeyd edək ki, 1876-cı ildə yaradılan "Ericsson" şirkətinin mənzil-qərargahı İsveçin paytaxtı Stokholmda yerləşir. 2015-ci ildə şirkətin satış həcmi 29,4 milyard dollar təşkil edib. "Ericsson"un səhmləri Stokholmda "NASDAQ OMX" və Nyu-Yorkda "NASDAQ" birjalarında hərraca çıxarılır.

Nizam Nuriyev 




Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024