12px13px15px17px
Tarix:03/06/16

“Elektron imza"dan istifadə sayı 13 milyonu ötdü

Bildiyimiz kimi, “elektron imza” kartı virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitə, təsdiqedici komponentdir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.

Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi “elektron imza” virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən ondan istifadə bu gün yetərincə aktualdır və ümumən “e-imza” istifadəçilərinin sayı artmaqda davam edir.

Belə ki, cari ilin 1 iyun tarixinədək olan statistikaya əsasən, bu günə qədər dövlət qurumları üzrə 59100, fiziki şəxslər üzrə 16120, hüquqi şəxslər üzrə isə 15310 “elektron imza” sertifikatı istifadəyə verilib. Ümumilikdə isə, bu günə qədər Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi “e-imza” sertifikatlarının sayı 90530-a çatıb.

Məlumat üçün bildirək ki, 2016-cı ilin may ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının sayı 2792 təşkil edib. Onlardan dövlət qurumları üzrə 2318, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 428 “e-imza” sertifikatı istifadəyə verilib.

Onu da qeyd edək ki, "Elektron hökumət" portalının autentifikasiya vasitələrindən biri sayılan “elektron imza” vasitəsilə 1 iyun 2016-cı il tarixədək həyata keçirilən sənəd imzalama və autentifikasiya tranzaksiyalarının toplam sayı dövlət qurumları tərəfindən 11 095 046,  hüquqi və fiziki şəxslər tərəfindən isə 2 411 725 olmaqla ümumən 13 506 771 olub.




Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024