12px13px15px17px
Tarix:04/06/16

Gecəgörmə kamerası ilə təchiz edilən ilk smartfon təqdim olunub

Danimarkanın “Lumigon” şirkəti qeyri-adi “Lumigon T3” smartfon modelini təqdim edib. Qurğunu fərqləndirən əsas xüsusiyyət onun gecəgörmə kamerası ilə təchiz edilməsindədir. İstehsalçı yeni modeli bazarda ilk belə smartfon kimi qələmə verir.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, möhkəm metal korpusdan ibarət aparat “HD” təsvir ölçülü 4,8 düymlük “Super AMOLED” ekran və “Gorilla Glass 4” qoruyucu şüşəsi ilə təchiz edilib. Səkkiznüvəli “MediaTek Helio X10” prosessorunun idarəetməsi ilə işləyən smartfonun operativ yaddaş tutumu 3 QB, quraşdırılmış yaddaşı 128 QB təşkil edir.

Fazalı avtomatik fokuslama və işıqlandırıcı ilə təchiz edilən "Lumigon T3” modelinin əsas kamerasının təsvir ölçüsü 13 meqapikselə bərabərdir. Ön kamera da 5 meqapikselli işıqlandırıcıya malikdir. 4 meqapikselli iki infraqırmızı işıqlandırma ilə təchiz edilən gecəgörmə kamerası modulu qurğunun arxa tərəfində yerləşir.

Smartfonun arxa tərəfində, həmçinin kiçik sensor panel yerləşir. İstifadəçi onun köməyi ilə fotoşəkillərə baxa, kitab səhifələrini vərəqləyə, saytlara daxil ola bilər. Həmçinin aparatda altimetr, termometr, kompas və barmaq izi ötürücüsü quraşdırılıb. İki SİM kartı dəstəkləyən qurğu toza və suya davamlıdır.

Bildirilir ki, “Lumigon T3” smartfonu "Android 6.0 Marshmallow” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və simsiz enerji toplama texnologiyasını dəstəkləyir (akkumulyatorun tutumu barədə məlumat verilmir). Smartfonun qabariti 137*69*7.9 mm, çəkisi 145 qram təşkil edir.

Smartfonun qara rəngini artıq ABŞ-da 925 dollara almaq mümkündür. İyunun sonunadək şirkət qurğunun ağ və narıncı versiyasını təqdim etməyi planlaşdırır.

Nizam Nuriyev 






Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020