12px13px15px17px
Tarix:06/06/16

Unikal simsiz enerjidoldurma sisteminə malik elektrik avtobusu yaradılıb

Yaponiyanın “Toshiba” şirkəti yeni nəsil elektrik avtobusları üzərində işləyir. Sözügedən avtobuslar üçün xüsusi sürətli simsiz enerjidoldurma sistemi hazırlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, yeni simsiz enerjidoldurma ənənəvi elektromaqnit induksiyasını əvəz edəcək. Avtobusun korpusunda qurulmuş innovativ maqnit rezonansı sistemi onun yerini tutacaq. Akkumulyatorun enerji ilə tam doldurulması 15 dəqiqə çəkir.

“Toshiba” şirkəti belə elektrik avtobuislarının müasir ictimai nəqliyyatı əvəz edəcəyi vaxt haqda dəqiq məlumat açıqlamayıb. Dayanacaqların simsiz enerjidoldurma sistemləri ilə təchizinə xeyli vaxt gərəkdir.

1 iyun tarixindən elektrik avtobusunun sınaqlarına başlanılır: Avtobus Tokio aeroportundan “Toshiba” şirkətinin zavoduna qədər olan məsafəni qət edəcək. Sınaqlar 2016-cı ilin dekabrınadək davam edəcək.

Emil Hüseynov






Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024