12px13px15px17px
Tarix:06/06/16

Yeni qurğu astma xəstələrinin qeydinə qalacaq

Amerikalı alimlər astma xəstəliyindən əziyyət çəkən pasiyentlərin vəziyyətinin monitorinqi üçün daşınan qurğu hazırlayıb.

Reli Şimali Karolina Dövlət Universiteti və Çapel-Hill Şimali Karolina Universitetinin əməkdaşları tərəfindən hazırlanmış cihaz üç hissədən ibarətdir: biləyə taxılan sensor, döş qəfəs nahiyəsinə quraşdırılmış sensor və cib spirometri (tənəffüsün tezliyi və ritmini ölçən qurğu).

"ICTnews" Elektron Xəbər Xidməti "nplus1.ru" saytına istinadən xəbər verir ki, biləyə taxılan ötürücü havada təhlükəli maddələrin (ozon və uçucu üzvi birləşmələr) səviyyəsini, həmçinin nəbz, temperatur, rütubət və qanda oksigenin miqdarını müəyyənləşdirir. Döş qəfəs nahiyəsinə quraşdırılmış ötürücü ürək sıxılmalarının tezliyini (elektrokardioqrafiya və fotopletizmoqrafiya), tənəffüs tezliyini (fotopletizmoqrafiya) qeydə alır. Spirometrin köməyi ilə nəfəs verilən hava axınının xüsusiyyətləri ölçülür.

Bütün ötürücülər multimodal sensor platforması ilə inteqrasiya edilib. Sonuncu tərəfindən qeydə alınmış məlumatlar "Bluetooth" texnologiyası ilə kompüter və ya smartfon üçün xüsusi proqrama, sonra ayrılmış serverdə işləyən "bulud" saxlancına göndərilir. Bu informasiya həkim və xəstələrə diaqnozu dəqiqləşdirməkdə və astma xəstəliyinin müalicəsində səmərəli taktika seçməyə kömək edəcək. Bundan əlavə, biləyə taxılan ötürücü astma xəstəsini havanın təhlükəli çirklənməsi barədə xəbərdarlıq edə bilər.

Qurğunun istehsalçısı Alper Bozkurqun sözlərinə görə, "HET ("Health and Environmental Tracker")" adlı cihazın kommersiya versiyası 4-5 il ərzində hazır olacaq. Cihazın təxmini dəyəri təxminən 50 dollar təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024