12px13px15px17px
Tarix:11/06/11

Tədqiqat: telefonlar aviaqəza riskini artırır

Bütün dünya üzrə 230 şirkəti birləşdirən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) aviasiya cihazlarına portativ texnikanın təsiri haqqında tədqiqatın nəticələrini elan edib.
Ekspertlər belə nəticəyə gəliblər ki, telefon, pleyr, noutbuk və planşetlərdən istifadə həqiqətən təyyarə qəzasının səbəbi ola bilər.
İATA əməkdaşları təyyarələrdə 2003-cü ildən 2009-cu ilə kimi sərnişinlərin aktiv olan elektron qurğularına görə baş verən 75 nasazlıq qeydə alıb. Bu halda 26 hadisədə uçuşu idarə etməyə bilavasitə müdaxilə qeyd edilib. Tez-tez əlaqənin və naviqasiya avadanlığı sisteminin nasazlıqları müşahidə olunub.
Təcrübi olaraq, salonda 1 telefon və 3 pleyr qoşulmuş və daha sonra onlar söndürülmüşdü. Qeyd olunan avadanlıqlar söndürüldükdən sonra aviacihazlar yenidən normal işləməyə başlayıb. Boeing mühəndislərinin sözlərinə görə, belə hadisələr çox vaxt köhnəlmiş təyyarələrdə olur.



Baxış sayı: 1054

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024