12px13px15px17px
Tarix:07/06/16

Bakıda “IDC” şirkətinin informasiya təhlükəsizliyi üzrə növbəti konfransı keçirilib

Bakıda informasiya təhlükəsizliyi, məlumatların idarə olunması və saxlanılması, yeni nəsil məlumat emalı mərkəzlərinin problemlərinə və "bulud" texnologiyalarına keçid məsələlərinə həsr olunan növbəti illik "IDC IT Security and Datacenter Transformation Roadshow 2016" konfransı keçirilib.
 

Tədbirin strateji tərəfdaşı  Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.


Konfransı açan "IDC" şirkətinin Orta Asiya, Azərbaycan və Monqolustan üzrə regional direktoru Andrey Beklemişev qeyd edib ki, yaranmış iqtisadi vəziyyətdə İT təhlükəsizliyinə aid məsələlər biznes üçün böyük əhəmiyyət kəsb edir.

""Bulud" texnologiyalarından, mobil qurğular və sosial şəbəkələrdən istifadənin artması da təşkilatlarda narahatlıq doğurur, çünki onlar şirkətlərə qanunsuz müdaxilə üçün nisbətən həssas nöqtələrdir. Buna görə bu gün təkcə təhlükəsizlik üzrə həllərə investisiya yatırmaq yox, həm də insanlara və proseslərə, əməkdaşlara və biznes tərəfdaşlarına diqqət yetirmək lazımdır".


Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında konfrans iştirakçılarına məhsuldar iş arzulayıb.  O bildirib ki, İKT sahəsinin intensiv inkişafı fonunda informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi ön plana çıxır. Məhz buna görə də ölkəmizdə hökumət səviyyəsində informasiya təhlükəsizliyinin qorunmasına xüsusi önəm verilir.

Nazir müavini bu sahədə müşahidə olan dünya tendensiyalarına uyğun inkişaf strategiyaları müəyyənləşdirmək üçün "IDC" kimi qurumlarla sıx əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb.

Artıq 5-ci il keçirilən bu tədbir dövlət, özəl sektorun müxtəlif qurumlarının informasiya təhlükəsizliyi məsələləri üzrə mütəxəssislərin marağına səbəb olur və onların bu sahədə qabaqcıl təcrübə, təhlillər, həllər barədə məlumat almasına xidmət edir.

Konfrans zamanı tədbir tərəfdaşları Azərbaycanın dövlət və özəl sektoru üçün həllər nümayiş etdiriblər, dəvət olunan ekspertlər həllərin təşkilatlarda tətbiqi ilə bağlı təcrübə və nümunələri bölüşüblər. 

Konfransda müzakirə olunan mövzular:

– İnformasiya təhlükəsizliyinin idarə olunması

– Yüksək şəbəkə inteqrasiyalı dünyada təhlükəsizlik və insan amili

– Təhlükəsizlik və risklərin minimallaşdırılması

– İritutumlu məlumatlar və informasiya təhlükəsizliyi

– "Əşyalar interneti"ndən "Hər şey üçün internet"ədək

– Virtuallaşdırma: məlumat emalı mərkəzlərindən məlumatların saxlanılması sistemlərinədək

– Məlumat saxlamanın proqram və aparat sistemləri

– Yeni nəsil məlumat saxlama sistemləri

– Autsorsinq, İT servislər və həyati əhəmiyyətli informasiya idarəetmə sistemləri

- "Bulud" hesablamaları: "Hazırda hansı konsepsiya aktualdır?" 




Baxış sayı: 961

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024