12px13px15px17px
Tarix:08/06/16

Smartfonlar üçün ən sürətli enerji toplama qurğusu yaradılıb

“MediaTek” şirkəti “Pump Express 3.0” texnologiyası əsasında dünyanın ən sürətli enerji toplama qurğusunu yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, istehsalçının məlumatına görə, yeni texnologiya vasitəsilə smartfonu 20 dəqiqəyə enerji ilə 0-70 faiz doldurmaq mümkün olacaq.

“Pump Express 3.0” texnologiyası, həmçinin enerji ilə doldurulma zamanı smartfonun qızma problemini həll edib. Belə ki, bu, enerjinin bilavasitə adapterdən batareyaya ötürülməsi sayəsində mümkün olub.
“MediaTek” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya ilə təchiz edilən qurğular 2016-cı ilin sonunadək satışa çıxarılacaq.

Nizam Nuriyev






Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024