12px13px15px17px
Tarix:09/06/16

“Windows 10” kompüterlərin 17 faizində quraşdırılıb

“NetMarketShare” internet xidmətinin statistikasına görə, 2016-cı ilin mayında “Windows 10” əməliyyat sistemi dünyada fərdi kompüterlərin 17,43 faizində quraşdırılıb. Bir ay əvvəl bu göstərici 15,34 faiz təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ən populyar kompüter proqram sistemi “Windows 7” olaraq qalsa da, onun payı azalmağa doğru gedir. 2015-ci ilin iyulunda bu göstərici 60 faiz, mayında 48,57 faizə bərabər olub.

Həmçinin köhnəlmiş “Windows XP” sisteminin payının 10 faizdən aşağı düşəcəyi gözlənilir. Mayda sistemin göstəricisi 10,09 faiz təşkil edib. “Windows 10”-un populyarlığının artması fonunda “Windows 8.1” sisteminin də payı azalır. Belə ki, sistemin apreldə göstəricisi 9,85 faiz olduğu halda mayda 8,77 faizədək aşağı düşüb.

İnternet xidmətinin 2016-cı ilin son yaz ayına olan məlumatına görə, "Windows”un müxtəlif versiyaları dünyada fərdi kompüterlərin və noutbukların 89,69 faizində quraşdırılıb, halbuki bir ay əvvəl bu göstərici 88,77 faizə bərabər olub. Ay ərzində “Apple OS X” əməliyyat sisteminin payı 9,57 faizdən 8,52 faizədək, “Linux” sisteminin 1,65 faizdən 1,79 faizədək azalıb.

"Windows 10” əməliyyat sistemi 2014-cü ilin sentyabrında təqdim edilib. “Microsoft” korporasiyasının əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayerson “Build 2015” proqram tərtibatçıları konfransının açılışında bəyan edib ki, 2018-ci maliyyə ilinədək "Windows 10” əməliyyat sisteminin quraşdırılacağı qurğuların sayı bir milyardı ötəcək.

“NetMarketShare” internet xidməti 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyir.

Nizam Nuriyev  




Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024