12px13px15px17px
Tarix:10/06/16

Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırıq və tövsiyələrinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bölgədə növbəti görüşünü keçirib.
 
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə iyunun 10-da Xaçmaz şəhərində  keçirilmiş görüşdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində  yaşayan vətəndaşların müraciətləri dinlənilib.
 
Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
 
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
 
Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
 
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.  


































































































Baxış sayı: 1114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024