12px13px15px17px
Tarix:14/06/16

Ehtiyatlı olun: ikimərhələli autentifikasiya sisteminə müdaxilə üsulu tapılıb

Kibercinayətkarlar ikimərhələli autentifikasiyanı aktivləşdirmiş “Google” istifadəçilərinin hesablarına giriş əldə etmək üçün yeni üsul tapıblar. “Business Insider” nəşri yazır ki, hakerlər istifadəçiyə yanlış informasiyadan ibarət “SMS” göndərərək servis tərəfindən göndərilmiş kodu onlara verməyə məcbur edirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, hakerlər adətən mobil qurğuya qurulmuş zərərli proqram təminatını tətbiq edərək “SMS” kodu ələ keçirirlər. Ancaq “Google” məlumatların mühafizəsinə məsuliyyətlə yanaşır və müvafiq proqram təminatının blok edilməsi üçün antivirusdan istifadə edir.

“Clearbit.com” xidmətinin həmtəsisçisi Aleks Makkau tərəfindən təsvir edilmiş sistem saxta “SMS”-ə əsaslanır.

İstifadəçilər, guya ki, “Google” tərəfindən göndərilmiş mesaj alırlar.

Mesajda istifadəçinin hesabına müəyyən “IP” ünvandan müdaxiləyə cəhd edildiyi yazılır. Hesabın işini dayandırmaq və müdaxilə cəhdlərinə mane olmaq üçün servis tərəfindən göndəriləcək altırəqəmli kodu göndərmək lazımdır.

Müvafiq metodlar bank hesablarına, həmçinin başqa servislərə qarşı tətbiq edilə bilər.

Bu kimi hallarla mübarizə aparmaq üçün hakerlərə kod göndərməyin, istənilən anlaşılmaz vəziyyətdə dəstək xidməti ilə əlaqə saxlayın.

Emil Hüseynov




Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024