12px13px15px17px
Tarix:17/06/16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan jurnal beynəlxalq agentliyin reytinq cədvəlində MDB üzrə ilk üçlüyə daxil oldu

Bu günlərdə dünyada elmi qiymətləndirmənin ən mötəbər sistemi hesab edilən və ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Tomson Reyters” agentliyinin Elmi İnformasiya İnstitutunun 2015-ci il üçün hesabatı açıqlanıb. Hesabatın bir bölməsində dünyada çap olunan elmi jurnalların reytinq siyahısı dərc edilib.
Bu siyahıda Azərbaycanı, hələ ki, yeganə elmi jurnal – “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı jurnalı)  təmsil edir.
 
Bu jurnal 2002-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın 20-yə yaxın ölkəsini təmsil edən ən tanınmış alimlər cəlb olunublar.
 
İldə üç nömrəsi çap olunan jurnalda  müasir nəzəri və  tətbiqi riyaziyyatın aktual istiqamətlərində alınmış ən son elmi  nəticələr çap olunur.
 
Sevindirici haldır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan və “Tomson Reyters” agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş bu jurnal MDB məkanında ilk üçlüyə, Şərqi Avropa regionu üzrə isə ilk beşliyə daxil olub. Bu fakt Azərbaycan elminin dünyada tanınması və qəbul edilməsi deməkdir.  




Baxış sayı: 1425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024