12px13px15px17px
Tarix:22/09/11

“Google” və “Oracle” rəhbərləri barışa bilməyib

“Google” şirkətinin baş direktoru Larri Peyc və “Oracle” şirkətinin rəhbəri Larri Ellison patentlərin pozulması haqqında iş üzrə ilkin görüş gedişində barışıq müqaviləsi imzalaya bilməyiblər.

“Oracle” şirkəti 2010-cu ilin avqustunda “Google”-u məhkəməyə verib. “Google” “Java” platforması ilə bağlı bir sıra patentlərin pozulmasında ittiham edilir.

İddiaçı (Oracle) iddia edir ki, müdafiə olunan texnologiyalar “Android” mobil əməliyyat sistemində qeyri-qanuni tətbiq edilir.

“Oracle” şirkəti kompensasiya kimi “Google”-dan 2 milyard dollardan çox pul əldə etməyi hesablayır. Bu məbləği Larri Ellisonun korporasiyası tərəfindən maliyyə məsələləri üzrə konsultant kimi işə götürülmüş Boston Universitetinin professoru Yen Kokbyorn açıqlayıb.

Bu həftə şirkət rəhbərləri arasında keçən danışıqlar heç bir nəticə verməyib. Əgər cənab Peyc və Ellisonun arasında əlavə görüş təyin olunmasa, oktyabrda işə mahiyyəti üzrə baxılacaq.



Baxış sayı: 1123

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024