12px13px15px17px
Tarix:30/06/16

Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Litva İKT sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu fikri AZƏRTAC-a müsahibəsində Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkyaviçyus deyib:
 
"Biz şəhər və kənd yerləri arasında rəqəmsal qeyri-bərabərliyin azaldılması üzrə elektron kommunikasiyalar sahəsində Avropa İttifaqında nümunəvi hesab edilən iri layihələrin reallaşdırılması təcrübəsini bundan sonra da bölüşməyə hazırıq".
 
 
R.Sinkyaviçyusun fikrincə, Litvanın ictimai sektorda elektron xidmətlər yaradılması sahəsində təcrübəsi də Azərbaycan üçün maraqlı ola bilər. Nazir bildirib ki, Litva elektron ictimai-inzibati xidmətlər sahəsində tərəqqi baxımından Aİ ölkələri arasında liderlərdən biridir. Litvanın "DocLogix" şirkəti "Azərbaycan Respublikasında "G-Cloud" bazasında vahid elektron sənəd dövriyyəsi" layihəsinin reallaşdırılması çərçivəsində öz xidmətlərini təklif edir və əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümid bəsləyir.
 
Nazir diqqətə çatdırıb ki, Litvanın İKT şirkətləri Azərbaycana elektron hökumət sahəsində müvafiq həllər  təklif edə bilərlər. Nazirin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlığın mümkün sahələrindən biri də strateji dövlət resursu olan radiotezliklərdən səmərəli istifadə edilməsidir.
 
 
 "Qeyd etmək lazımdır ki, "Azərpoçt" MMC və "Lietuvos pastas" səhmdar cəmiyyəti "SC/STEFİ" sistemi vasitəsilə elektron pulköçürmələrinin təşkilində əməkdaşlıq edirlər. 2015-ci il aprelin 1-də iki ölkənin poçt təşkilatları arasında müvafiq müqavilə imzalanıb"- deyə o, həmçinin qeyd edib.




Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.