12px13px15px17px
Tarix:22/09/11

“Windows 8” əməliyyat sistemi fləş daşıyıcıdan yüklənəcək

“Windows 8” və ya “Windows XP” əməliyyat sistemləri “USB” daşıyıcılar vasitəsi ilə işləyəcək. Əvvəldən bu sistemlərdə belə funksiya nəzərdə tutulmayıb.

“Windows 8” əməliyyat sisteminin adi fləş kart ilə işə salınması funksiyası "To Go" adlanır və onun iş prinsipi bir çoxlarına məlum olan “Linux Live CD”-ni xatırladır.

İstifadəçi “Windows 8” əməliyyat sistemini ölçüsü müvafiq olan istənilən fləş daşıyıcıya quraşdıra və sonra onu sadəcə, kompyuter və ya noutbukun “USB” portuna daxil edib quraşdıra bilər.

“Windows 8” “To Go Live CD”-dən bir sıra üstünlüklərə malikdir. Belə ki, o, istənilən növ əlavə proqramlar qurmağa, sənədlərlə işləməyə və s. imkan yaradır. Bir sözlə, bu, tam dəyərli əməliyyat sistemidir.



Baxış sayı: 1750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024